“Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” mövzusunda beynəlxalq konfrans keçiriləcək

12:20 - 24.09.2019


24 sentyabr, Fineko/abc.az.    9 oktyabr tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” mövzusunda üçüncü beynəlxalq konfrans keçiriləcək. Tədbirdə əsasən İpək yolu boyunca rəqəmsal layihələr, maliyyə və bank texnologiyaları, eləcə də e-hökümət həlləri müzakirə mövzusu olunacaq.

ABC.AZ xəbər veirir ki, tədbirdə dünyada ilk e-Rezidentlik proqramının qurucusu, keçmiş icraçı direktoru Kaspar Koryusun iştirak edəcək. Kaspar konfransda Estoniya təcrübəsi, inkişaf xətti və gələcək planları barədə iştirakçılara ətraflı məlumat verəcək.

Tədbirdə həmçinin ilk dəfə olaraq Dövlət-Özəl tərəfdaşlığı sazişinin mobil imza ilə imzalanması planlaşdırılır. 

Вся лента