11 ay ərzində xarici ticarət dövriyəsi 26,5% artdı

13:06 - 13.12.2017


13 dekabr, Fineko/abc.az. 2017-ci ilin 11 ayı ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi  20 291 683,43 min dollar təşkil etmişdir ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 4 260 051,52 min dollar artım deməkdir (16 031 631,91 min dollar).

DGK-nin məlumatında deyildiyi kimi, 2017-ci ilin 11 ayı ərzində ixrac 12 500 979,9  min dollar, idxal isə 7 790 703,53 min dollar təşkil etmişdir.

2017-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın xarici ticarətinin müsbət saldosu  4 710 276,37 min dollar təşkil etmişdir ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 7,9 dəfə artım təşkil edir (598 184,35  min dollar).

2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 16 031 631,91 min dollar, o cümlədən ixrac 8 314 908,13 min dollar, idxal isə 7 716 723,78 min dollar təşkil etmişdir.

Beləliklə, 2017-ci ilin 11 ayı ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 26,5%, ixrac 50,3%, idxal isə 0,9% artıb.

İxrac strukturunda əsas həcmi neft (77,09%); təbii qaz (9,25%); neft məhsulları (2,33%); elektrik enerji (0,33%); meyvə-tərəvəz məhsulları (3,62%); çay (0,07%); bitki və heyvan mənşəli yağlar (0,13%); şəkər (0,31%); alkoqollu və alkoqolsuz məhsullar (0,16%); kimyəvi məhsullar (0,58%); plastmassa və plastmassadan hazırlanmış məmulatlar (0,7%); pambıq (0,23%); pambıq lifi (0,12%); qara metallar və onlardan hazırlanmış məmulatlar (0,59%); alüminium və ondan hazırlanmış məmulatlar (0,87%); digər (3,62%) təşkil edir.

İdxal strukturunda ərzaq məhsulları 16,12%; tütün və tütün məhsulları 1,82%; sement 0,08%; əczaçılıq məhsulları 2,93%; plastmassa və plastmassadan hazırlanmış məmulatlar 3,59%; ağac məhsulları 2,48%; qara metallar və onlardan hazırlanmış məmulatlar 9,4%; maşınlar, mexanizmlər, elektrik  cihazlar, avadanlıq və onların  ehtiyat hissələri 21,44%; nəqliyyat vasitələri və onların ehtiyat hissələri 12,39%; mebel 0,98%; digər məhsullar  28,77% təşkil edir.

2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 183 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.

 

 

Вся лента