Azərbaycan maliyyə sektorunun ixracatçısına çevrilib-İbrahim Alışov

14:43 - 25.09.2019


25 sentyabr, Fineko/abc.az.  Azərbaycan enerji ixracatçısından maliyyə ixracatçısına çevrilib.

ABC.AZ xəbər verir ki, bunu İFC (Beynəlxalq Maliyyə Korparasiyası) Azərbaycan və Orta Asiya Maliyyə İmfrastrulturu Layihəsinin bitməsinə həsr edilmiş tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sədr vəzifələrini icra edən İbrahim Alışov deyib.

O qeyd edib ki, biz İFC ilə birlikdə bir sıra layihələrdə əməkdaşlıq edirik və burdan əldə edilən nəticələr ölkənin beynəlxalq reytinqinə müsbət təsir edəcək, həm də insanların rifah halında xeyirli əhəmiyyəti olacaq. İ.Alışov bildirib ki, İFC ilə bununla yanaşı başqa layihələrdə də iştirak etməyə daim hazırdılar.

 

Müəllif: Elmir Murad

Вся лента