SOCAR 3 mlrd. kubmetrədək qaz emal edib

17:12 - 25.09.2019


25 sentyabr, Fineko/abc.az.  Keçən il SOCAR-ın Qaz emalı zavodunda emala verilmiş 2 milyard 952,19 milyon kubmetr xam təbii qazdan 2 milyard 899,97 milyon kubmetr təmizlənmiş qaz, 5,29 milyon kubmetr texniki butan və 0,03 milyon kubmetr qaz benzini alınıb.

Bu barədə SOCAR-ın “Davamlı inkişaf üzrə illik hesabat”ında deyilir.

Qeyd edək ki, 2016-cı ildə şirkət 3 milyard kubmetr, 2017-ci ildə isə 2 milyard 918,3 milyon kubmetr qaz emal edib.

Вся лента