Hans Piter Lanks: Dövlət Neft Fondu IFC-nin Vəsaitlərin İdarə edilməsi şirkətinin idarə etdiyi aktivlərə investisiya etmiş ilk investordur

11:50 - 26.09.2019


26 sentyabr, Fineko/abc.az.  Azərbaycan Respublikası Dövlət Neft Fondu inkişaf etməkdə olan iqtisadiyyatlardan IFC-nin Vəsaitlərin İdarə edilməsi (Asset Management Company) şirkətinin idarə etdiyi aktivlərə investisiya etmiş ilk investordur. ARDNF-ə ümumi missiyamıza sadiq qaldığına görə minnətdarlığımızı bildirmək istərdik.

Bu barədə sentyabrın 26-da Bakıda işə başlayan “Müsbət təsirli investisiya: institusional investorlar üçün imkanlar və çağırışlar” adlı konfransda IFC-nin iqtisadiyyat və özəl sektorun inkişafı üzrə vitse-prezidenti Hans Piter Lanks bildirib.

O,qeyd edib ki, 60 ildən artıqdır ki, IFC müsbət təsirlərə səbəb olan investor kimi çıxış edir. Fəaliyyət göstərdiyimiz sahələrdə tərəfdaşlarımızla birgə sosial və ekoloji mənfəət naminə investisiya qoyuluşunun etimad və şəffaflığını artırmaq üçün həyata keçirilən səylərə rəhbərlik edirik. Hazırda artan sayda investor və şirkətlərin cəmiyyət üçün müsbət nəticə əldə etmək istiqamətində öz biznes modellərini və investisiya strategiyalarını uzlaşdırmaq niyyətlərini görməkdən məmnunuq.

Вся лента