MBNP “Azərsığorta” şirkətinin ASC-yə çevrilməsinə münasibət bildirib

14:43 - 13.12.2017


13 dekabr, Fineko/abc.az Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Azərsığorta” şirkətinin ASC-yə çevrilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

MBNP-dan ABC.AZ xəbər verildi ki, Dövlət Sığorta Kommersiya Şirkətinin 2018-ci ildə ASC-yə çevrilməsi və payının hər hansı bir hissəsinin satılacağı barədə MBNP-na müraciət daxil olmayıb.

“Azərsığorta”da aparılan yoxlamalara gəlincə, bildirilib ki, şirkətdə aparılan yoxlama Palatanın cari fəaliyyətinin tərkib hissəsi olaraq həyata keçirilir.

 

 

Вся лента