Dekabrın 14-nə gözlənilən hava haqqında məlumat bildirildi

14:57 - 13.12.2017


13 dekabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabah Azərbaycanda gözləniləcək hava haqqında məlumatı açıqlayıb.

Bakıda və Abşeron yarımadasında  hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti təşkil edəcək.

Rayonlarda isə sabah hava əsasən yağmursuz keçəcək, lakin bəzi şimal və şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

 

Вся лента