Sankt-Peterburqda Azərbaycan Şərab Evi açılacaq

15:05 - 26.09.2019


26 sentyabr, Fineko/abc.az. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev bu gün keçirdiyi mətbuat konfransında Sankt-Peterburq şəhərində Azərbaycan Şərab Evinin açılması planlaşdırıldığını qeyd edib.

O, hazırda bu istiqamətdə işlər aparıldığını və noyabrın sonu - dekabrın əvvəlində Sankt-Peterburqda Şərab Evinin açılışı baş tutacağını bildirib.

Вся лента