Azərbaycan bankları üç rüb ərzində 350,3 milyon manat həcmində mənfəət əldə ediblər

04.10.2017,16:03


Azərbaycan banklarının 31 avqust 2017-ci il tarixinə ümumi xalis mənfəəti 350,3 milyon manat təşkil edib.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (FIMSA) tərəfindən təqdim edilmiş icmala əsasən, yanvar-avqust ayları dövründə bankların faiz gəlirləri 1292,9 milyon manat, o cümlədən, kreditlər üzrə gəlirlər - 946,9 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində bankların faiz xərcləri 634,2 milyon manat, o cümlədən, depozitlər üzrə xərclər 253,4 milyon manat təşkil edib. Bankların qeyri-faiz xərcləri 630,3 milyon manat həcmində olmuşdur. Bankların xalis faiz gəlirləri 658,7 milyon manat, qeyri-faiz gəlirləri – 537,4 milyon manat, qeyri-faiz xərcləri – 630,3 milyon manat təşkil edib.
31 avqust tarixinə bankların əməliyyat mənfəəti 565,8 milyon manat, aktivlərin ehtimal olunan itkilərinin ödənilməsinə ehtiyatların formalaşması üçün ayırmalar 196,8 milyon manat təşkil etdi.

Vergilərin ödənişinə qədər Azərbaycan banklarının ümumi mənfəəti 371,6 milyon manat, mənfəət vergisinin ödənişi – 21,3 milyon manat təşkil etmişdir.