Azərbaycanda hamı düşünür ki, bütün banklar oğrudular – Ekspert

16:12 - 30.09.2019


30 sentyabr, Fineko/abc.az. Banklara etibarın artması üçün birinci növbədə problemli kreditlər tam həll olunmalıdır.

 Bunu ABC.AZ saytına bank sektoru üzrə ekspert Əkrəm Həsənov bankların etibarını yenidən qazanması yollarını şərh edərkən deyib.

 Ekspert insanlar tərəfindən banklara etibarın yenidən yaranması üçün bir sıra işlərin həyata keçirildiyini desə də, bunun az olduğunu qeyd edir. Misal olaraq bu ilin fevral ayında prezidentin ilə kiçik problemli kreditlərin həlli üçün tapşırığını gösətərən Ə. Həsənov bu məsələ də Maliyyə Bazarlarına Nəzarət Palatasını (Palata) ittiham etməyi də unutmadı: “Vətəndaşlara, biznesmenlərə verilmiş iri problemli kreditlər hələ də var. Onların da əksər hissəsi sünidir. Yəni onlar qanunsuz verilib, mənimsənilib. O kreditləri də təyin etmək çətin deyil. Harda görsəz ki, uzun müddətli, iri məbləğli, aşağı faizli girovsuz və yaxud çox az dəyərli girov müqabilində kredit verilib, onda bilin ki, o qanunsuz kreditdir. Onu bilə-bilə veriblər ki, getsin gəlməsin. Bunu müəyyən etmək lazımdır. Bunu müəyyən edən isə Palata və hüquq-mühafizə orqanları olmalıdır. Amma hər iki qurum da buna əməl emir. Deməli bu artıq iradə məsələsidir. Buna görə də dövlət ya bu orqanları məcbur etməli, ya da xüsusi bir komissiya da yaratmalıdır ki, həmin şəxslərdən kimliyindən asılı olmayaraq pulları tələb etsinlər. Eyni zamanda da biz bilirik ki, bağlanmış banklarda xeyli insanın pulları qalıb, qorunmayan əmanətlər. Həmin banklarda firmaların, şirkətlərin nə qədər pulları qalıb. Qayıtmır, çünki problemli kreditlərdir. Süni yolla çıxarılan, oğurlanan pullardır. İnsanların banklara olan etibarını təmin etmək üçün bu məsələlər həll olunmalıdır. Hamısında yolxama aparıb bütün bu nöqsanları üzə çıxarmaq lazımdır. İndi Azərbaycanda hamı belə düşünür ki, bütün banklar oğrudular, halbuki belə deyil,  bizim yaxşı banklarımız da var. Amma bu fikir bütün banklara aid olub”.

 

Müəllif: Elmir Murad

Вся лента