17:31 - 13.12.2017
13 dekabr, Fineko/abc.az. Şərqi Qüdsü Fələstin dövlətinin işğal edilmiş paytaxtı kimi tanımağa çağırış, İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) növbədənkənar Zirvə toplantısının yekun bəyanatının mətninə daxil edildi.
Çərşənbə günü İstanbulda keçirilən Zirvə toplantısının açılışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, “ədalət və beynəlxalq hüququn qorunması uğrunda mübarizə aparan bütün ölkələrə” müraciət edərək, Şərqi Qüdsü Fələstin dövlətinin işğal olunmuş paytaxtı kimi tanımağa çağırıb.
Zirvə toplantısı ABŞ prezidenti Donald Trampın Qüdsün İsrailin paytaxtı kimi tanıması haqqında qərarı ilə çağırılıb. Ərdoğan, D.Trampın bu qərarını qeyri-qanuni adlandırıb.
"ABŞ prezidentinin bu addımı onilliklər ərzində İsrailin işğal siyasətinə müqavimət göstərən Fələstin xalqını cəzalandırmaq cəhdidir”, - deyə Ərdoğan vurğulayıb.
Ərdoğan qeyd edib ki, İslam ölkələri, Fələstin dövlətinin diplomatik sahədə tam şəkildə təmsil olunmasını təmin etmək üçün mümkün olan hər şeyi etməlidir.
"Bu vaxta qədər Fələstin dövlətini tanımayan ölkələr, regionda güc balansı və ədalətin təmin edilməsi üçün bu mühüm addımı atmalıdırlar. İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətdə olan sədri kimi, mən, ABŞ-ı, Vaşinqtonun qəbul etdiyi olduqca yanlış, təxribat yönlü və qeyri-qanuni addımını yenidən nəzərdən keçirməyə çağırıram”, - Türkiyə prezidenti belə deyib.
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
18 Апрель 2024