Bu gündən gecə reysləri ilə rayonlara getmək mümkün olacaq

11:03 - 1.10.2019


1 oktyabr, Fineko/abc.az. Bu gündən etibarən gecə reysləri ilə rayonlara sərnişindaşıma  yenidən fəaliyyətə başlayacaq.

Bu barədə ABC.AZ saytına Bakı Beynəlxalq Avtovağzal Kompleksidən məlumat verilib.

Qeyd olunur ki, reyslər hər gün Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətlərində müəyyən olunmuş saatlarda həyata keçiriləcək. İlk reys bu gün saat 22:00-da Gəncə istiqamətində yola düşəcək.

 Sərnişinlərin təhlükəsizlik daşınması məqsədilə gecə reyslərində fəaliyyət göstərəcək avtobusların sürət həddinə məhdudiyyət qoyulub. Maksimal sürət həddi 90 km/saat müəyyən edilib. Bundan başqa bütün avtobusların içərisində (salonunda) kamera, GPS naviqasiya sistemi və video registratorlar quraşdırılıb və bu da dispetçer tərəfindən avtobusu canlı izləmə imkanı yaradacaq.

Вся лента