Son 1 ildə manat üzrə dividend faizləri azalıb - 35 faiz

10:36 - 2.10.2019


2 oktyabr, Fineko/abc.az. Aparıcı banklar manatla istehlak kreditlərini 29 faiz, dollar ilə 20 faizlə təklif etsələr də belə dollar ilə depozitlərə 1 faizdən az dividend ödəyirlər.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

O, qeyd edib ki, Azərbaycanın aparıcı banklarının əksəriyyətinin internet səhifələrində depozit təkliflərinin təhlili göstərir ki, bəzi banklar 1 illik dollar depozitinə 0.1 faiz, 2 illik üçün 0.3 faiz, 3 illik üçün isə 0.5 faiz ödəyirlər: “Bu o deməkdir ki, bankda 10 min dollar yerləşdirən vətəndaş ilin sonunda cəmi 10 dollar divident alır. Aylıq divident gəlirinin məbləği isə heç bir 1 dollar da etmir. Aparıcı banklarda dollar depoziti üzrə ödənişlər 1 faiz ətrafında dəyişir, yalnız riteyl banklarda bu 2.5 faizdir. Bu isə o deməkdir ki, 1 faizlik depozitlə 10 min dollara ildə 100 dollar gəlir vəd edilir və bu da aylıq 8 dollardan bir az çox pul deməkdir. Sistem əhəmiyyətli banklarda depozit gəlirliyinin kəskin azalması pulunu xarici valyutada saxlamaq istəyənlərin əmanət qoyluşlarına marağı azaldır ki, bu da özünü depozit portfelində əks etdirir. Son 1 ildə manat üzrə divident faizləri də orta hesabla 35 faiz azalıb. Digər tərəfdən, passiv pulları aktivləşdirmək üçün banklara olan inamın artırılması istiqamətində də işlərin intensivləşdirilməsinə ehtiyac var”.

 

 

Müəllif: Elmir Murad

 

Вся лента