AZPROMO iş adamlarına müraciət edir

17:43 - 2.10.2019


2 oktyabr, Fineko/abc.az. Rusiyanın “Morshanskaya Manufaktura” fabriki ölkəmizdə fəaliyyət göstərən investorlarla əməkdaşlıqda maraqlıdır. Tambov vilayətində yerləşən fabrik tekstil sənayesində ixtisaslaşıb. Fabrikin ümumi sahəsi 10,4 hektar, istehsal sahəsi 74 min 416 kvadratmetrdir.

Bu barədə  Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) məlumat verib.

AZPROMO azərbaycanda fəaliyyət göstərən iş adamlarını və sahibkarları əməkdaşlığa dəvət edir.

Вся лента