Azərbaycanda 4 milyard manata yaxın mikro kreditlər verilib - Süleyman Kələşov

10:11 - 4.10.2019


4 oktyabr, Fineko/abc.az.   Azərbaycanda mikro kredit sahəsində 4 milyard manata yaxın kredit xidməti göstərilib.

ABC.AZ xəbər verir ki,  bunu "Mikromaliyyə Yol Kəsişməsində: Rəqəmsal Erada Dayanıqlı İnkişaf" mövzusuna həsr olunmuş 6-cı İnvestorlar Yarmarkasında Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyətinin üzvü Süleyman Kələşov bildirib.

Onun sözlərinə görə, indiyənə kimi 500 min insan mikro kreditlər götürüb: "Nəzərə alsaq ki, hər evdə minimum 2 nəfər yaşayır, bu isə o deməkdir ki, 2 milyard insan mikrokredit xidmətindən istifadə edib".   S. Kələşov ölkədəki mikromaliyyə sektorunun hazırki vəziyyəti, inkişafı üçün mövcud infrastruktur və imkanlar, müasir dövrdə rəqəmsal həllərdən istifadənin zəruriliyinə də toxunub. Ölkədə dayanıqlı inkişafdan danışıb. 

 

Müəllif: Elmir Murad

Вся лента