Kredit təşkilatları üçün yeni xidmət istifadəyə veriləcək - Elçin Həbibov

11:25 - 4.10.2019


  4 oktyabr, Fineko/abc.az. Kredit Bürosunun fəaliyyəti dövründən bugünədək kredit təşkilatları qurumumuza 3, 6 milyon sorğu göndərib.

 ABC.AZ xəbər verir ki,  bunu "Mikromaliyyə Yol Kəsişməsində: Rəqəmsal Erada Dayanıqlı İnkişaf" mövzusuna həsr olunmuş 6-cı İnvestorlar Yarmarkasında Azərbaycan Kredit Bürosunun Baş Direktoru Elçin Həbibov deyib.

O, qeyd edib ki, ötən il ümumi sorğularda skorinqin payı 43,5, bu ilin 8 ayında isə 61,5 faziz olub. Baş direktor yaxın zamanlardakı yeniliklərdən də danışıb: "2020-ci ilin əvvəlində Büro tərəfindən yeni skorinq xidməti istifadəyə veriləcək. Bununla bağlı artıq Türkiyənin şirkəti ilə əməkdaşlıq həyata keçirilir. Bazara bununla yanaşı bir neçə başqa xidmətlərimizi də çıxarmağı düşünürük. Yeni istifadəyə verəcəyimiz skorinq xidməti imkan verəcək ki, sorğulara daha operativ cavab verilsin. İlin sonuna kimi isə Büro kredit təşkilatları üçün daha bir yeni xidmət istifadəyə verəcək. İstifadəyə veriləcək yeni model sayəsində 5 və ya 10 min sorğu göndərildiyi günün səhəri emal olunmuş hazır fayl formasında ünvanına ötürüləcək".

 

Müəllif: Elmir Murad

Вся лента