“Fitch Ratings”in qiymətləndirməsinə əsasən Azərbaycan Cənubi Qafqazda birincidir

14:40 - 4.10.2019


4 oktyabr, Fineko/abc.az.  “Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi mütəmadi olaraq ölkələrin iqtisadiyyatındakı mövcud vəziyyətlə əlaqədar analizlər apararaq hesabatlar hazırlayır. Belə ki, Şərqi Avropa və post-Sovet məkanında yerləşən 22 ölkənin dəyərləndirildiyi 2019-cu ilin üçüncü rübünə olan növbəti hesabatda ölkəmiz öz müsbət mövqeyini qorumuş və BB+ qiymətləndirməsi ilə sabit inkişaf tempi nümayiş etdirmişdir.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumat yayıb.

ABC.AZ xəbər verir ki,  hesabatda Cənubi Qafqaz ölkələri arasında  ən yüksək reytinq  Azərbaycana məxsusdur.

Agentliyin analizinə əsasən, beynəlxalq iqtisadi və ticarət münasibətlərində xarici balansın saxlanılması və aşağı səviyyəli dövlət borcunun olması Azərbaycanın reytinqini yüksək səciyyələndirən əsas amillərdəndir.

Вся лента