İƏT-in fövqəladə Zirvə toplantısının yekun bəyannaməsi

11:19 - 14.12.2017


14 dekabr, Fineko/abc.az. Dünən İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı keçirildi.

İƏT-in fövqəladə Zirvə toplantısının yekun bəyannaməsində deyilir ki, Şərqi Qüds Fələstin Dövlətinin işğal altında olan paytaxtıdır.

Bəyannamədə beynəlxalq ictimaiyyət Şərqi Qüdsü Fələstin Dövlətinin işğal altında olan paytaxtı kimi tanımağa çağırılıb.

“Şərqi Qüds Fələstin Dövlətinin işğal altında olan paytaxtıdır”, - bəyannamədə belə deyilir.

Sənəddə qeyd edilir ki, ABŞ  prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması haqqında qərarı hüquqi baxımdan  etibarsızdır, bu qərar dünya üçün təhlükəyə yol açır və bunun məsuliyyəti ABŞ üzərinə düşür.

“Bu qərar Fələstin xalqının tarixi, hüquqi, təbii və milli haqlarına bir hücum, bütün sülh cəhdlərinin baltalanması, radikallığı, terrorizmi sürətləndirəcək təhrikedici ünsür, beynəlxalq sülhü və təhlükəsizliyi hədəf alan bir təhdiddir. Qüds-ü-Şərifin statusunu dəyişdirmək məqsədi daşıyan təhlükəli qərar hökmsüz və qanundan kənardır. ABŞ administrasiyası bu qərarından geri çəkilməzsə, baş verəcəyi ehtimal olunan bütün acı nəticələrə görə məsuliyyət daşıyacaq”, - bəyannamədə belə deyilir.

 

Вся лента