11:39 - 14.12.2017
14 dekabr, Fineko/abc.az. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin (BGİ) əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.
BGİ-nin məlumatında deyildiyi kimi, yoxlama nəticəsində çantada, gömrük bəyannaməsində qeydiyyata təqdim edilməyən külli miqdarda gümüş zinət əşyaları aşkar edilib.
“Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysi ilə gələn Rusiya Federasiyası vətəndaşının çantası rentgen aparatından keçirilərkən monitorda zinət əşyalarının təsviri görünüb. Vətəndaşın əl yükünə təkrar yoxlama keçirilməsi nəticəsində çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan külli miqdarda gümüş zinət əşyaları aşkar edilib”, - məlumatda belə deyilir.
BGİ-nin məlumatına əsasən, ekspertiza müəyyən etmişdir ki, aşkar edilən predmet ümumi çəkisi 14 kq 191,02 qr olan 925 əyarlı gümüş xəlitəsindən hazırlanmış zərgərlik məmulatıdır.
Fakt üzrə araşdırma aparılır.
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
24 Апрель 2024
23 Апрель 2024
23 Апрель 2024
23 Апрель 2024
23 Апрель 2024
23 Апрель 2024