"PSG Kapital İnvestisiya Şirkəti" QSC sonuncu oldu - Şirkətlərin RENKİNQİ

14:24 - 7.10.2019


7 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi Bakı Fond Birjası 2019-cu ilin ilk doqquz ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmini açıqlayıb.

ABC.AZ xəbər verir ki, sözügedən dövrdə birja sektorunda 7 investisiya şirkəti ümumi əməliyyatlarda iştirak edib.

Şirkətlər əməliyyatların müxtəlif növlərinə qatılaraq, prosesdə təmsil olunublar. İştirak sayına görə, birinci yerdə "İnvest-Az İnvestisiya Şirkəti" QSC olsa da, bir sıra Mərkəzi Bankın keçirtdiyi qiymətli kağızlar üzrə hərraclarda qoyulan vəsaitlərin həcmində lider “Paşa Kapital İnvestisiya Şirkəti” QSC olub. Şirkətin sözügedən dövrdə Mərkəzi Bankın keçirtdiyi hərraclarda 4 milyard 332 milyon 146 min 704 manatlıq dövriyyəsi olub.  İkinci yerdə vəsaitlərinin dövriyyədə çoxluğuna görə, isə 1 milyard 409 milyon 976 min 826 manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC gəlir. Dövriyyədə olan vəsaitlərinin həcminə əsasən, ondan biraz geri qalan "AzFinance İnvestisiya    Şirkəti" QSC-dir. Bəhs olunan dövrdə 1 milyard 249 milyon 658 min 780 manatlıq dövriyyədə pulu olan şirkət bu göstərici ilə “BTB Kapital İnvestisiya Şirkəti” ASC (90,473,752.69), "İnvest-Az İnvestisiya Şirkəti" QSC (808,203,131.05) xeyli geridə qoyub. Sıralamada sonuncu yeri isə "PSG Kapital İnvestisiya Şirkəti" QSC alıb. Şirkətin sözügedən dövrdə nə az, nə çox 241 milyon 763 min 508 manatı olub.

 

Müəllif: Elmir Murad

Вся лента