Ləğv prosesində olan banklardakı əmanətlərin veriləcəyi tarix Açıqlandı

12:30 - 8.10.2019


8 oktyabr, Fineko/abc.az.  Əmanətlərin Sığortalanması Fondu fiziki şəxslərin ləğv prosesində olan 11 bankda olan əmanətlərinin qaytarılması barədə açıqlama verib.

Fonddan ABC.AZ-a bildirilib ki, “Atrabank” ASC”, “Royalbank” ASC, “Kredobank” ASC, “Zaminbank” ASC, “Bank of Azerbaijan” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, QSC “Bank Standard” KB, “Yunayted Kredit Bank” ASC, “Texnikabank” ASC, “Dəmirbank” ASC və “Gəncəbank” ASC-də fiziki şəxslərin 17 000 (on yeddi min) manat ekvivalentinədək kreditor tələbinin ödənilməsinə “Kapitalbank” ASC vasitəsilə 16 oktyabr 2019-cu il tarixindən başlanacaq. Fiziki şəxslərin kreditor tələbinin ödənilməsi ilə bağlı “Kapitalbank” ASC-nin filial şəbəkəsi və lazım olan sənədlər barədə əlavə məlumat veriləcək.

 

Müəllif: Elmir Murad

Вся лента