OPEK, Surinamın səhiyyə və enerji sahəsi üçün 32 milyon dollar ayıracaq

14:39 - 8.10.2019


8 oktyabr, Fineko/abc.az. Surinamın səhiyyə və enerji sektorunda davamlı inkişafa dəstək olmaq üçün OPEK Beynəlxalq İnkişaf Fondunun baş direktoru Əbdülhəmid Əlxəlifə tərəfindən ümumi dəyəri 32 milyon dollar olan iki kredit sazişi imzalanmışdır.

ABC.AZ xəbər verir ki, hər iki kredit Surinamın paytaxtı Paramariboda ölkədə ildə təxminən 300 min nəfərə xidmət göstərən xəstəxananın və ilkin tibb müəssisələrinin bərpasının və  genişləndirilməsinin maliyyələşdirilməsinə yönəldiləcək; elektrik stansiyaları və  yarımstansiyaların, eləcə də onlarla bağlı obyektlərin tikintisi və modernləşdirilməsi təxminən 320 min insana fayda gətirəcəyi gözlənilir.

Əlxəlifə Surinama səfər zamanı kredit sazişləri imzalayıb və eyni zamanda, bu ölkənin prezidenti və bir sıra hökumət nazirləri və vəzifəli şəxsləri ilə görüşüb.

 

Вся лента