Azərbaycan Böyük Britaniya şirkətlərinin ölkənin qeyri-energetika sektorunda iştirakında maraqlıdır - YENİLƏNDİ

14:24 - 14.12.2017


14 dekabr, Fineko/abc.az. Bu gün prezident İlham Əliyev  Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev görüşdə Böyük Britaniyanın Azərbaycanın  iri investorlardan biri olduğunu söylədi.

“Azərbaycan qeyri-energetika sahəsində  Böyük Britaniya şirkətlərinin həm investor, həm də podratçı kimi iştirakının genişlənməsində  maraqlıdır”, - prezident belə deyib.

Öz növbəsində Baronessa Rona Feyrhed vurğulayıb ki, Böyük Britaniya hökuməti ikitərəfli münasibətlərə böyük önəm verir və Azərbaycanı mühüm strateji tərəfdaş hesab edir.

Görüş əsnasında Böyük Britaniya şirkətlərinin Azərbaycan ərazisində turizm, təhsil, alternativ enerji, kənd təsərrüfatı, ticarət və qarşılıqlı investisiya sahələrində iştirakının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

 

Вся лента