Cari ildə DGK tərəfindən büdcəyə 3 mlrd. 250 mln. çox manat daxil olub

15:11 - 9.10.2019


9 oktyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi cari ilin yanvar-sentyabr ayları üzrə dövlət büdcəsinə daxilolmaları açıqlayıb.

Qeyd olunur ki, komitə tərəfindən bu ilin doqquz ayında dövlət büdcəsinə daxilolmalar 3 milyard 250 milyon 115 min manat olub.

Bildirilir ki, doqquz ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 798 milyon 521 min manat, əlavə dəyər vergisi üzrə 2 milyard 217 milyon 205 min manat, aksizlər üzrə 201 milyon 490 min manat, yol vergisi üzrə isə 32 milyon 895 min manat təşkil edib.

 

 

Вся лента