Bu aydan Mingəçevir və Şəki istiqamətinə gecə reysləri fəaliyyətə başlayır

10:58 - 10.10.2019


10 oktyabr, Fineko/abc.az. 18 oktyabrdan etibarən Mingəçevir və Şəki istiqamətinə gecə reysləri fəaliyyətə başlayacaq. Biletlər bu gündən satışdadır.

Bu barədə ABC.AZ saytına Bakı Beynəlxalq Avtovağzal Kompleksidən məlumat verilib. 

Avtobuslar hər gün qeyd olunan saatlarda yola düşəcək.

•      Bakı - Mingəçevir  - 23:30

•      Mingəçevir - Bakı - 01:00

•      Bakı - Şəki  - 23:30

•      Şəki - Bakı  - 23:30

Xatırladaq ki, gecə reysləri uzun fasilədən sonra 1 oktyabr tarixindən etibarən bərpa olunub. Sərnişinlər artıq Gəncə və Qırmızı Körpü istiqamətləri ilə yanaşı Mingəçevir və Şəki istiqamətində də gecə reyslərindən yararlana biləcək.

 

Вся лента