AMB valyuta hərracı keçirib

12:50 - 10.10.2019


10 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən növbəti valyuta hərracı keçirilib.

“Oktyabrın 10-da Azərbaycan Mərkəzi Bankı Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirmişdir.  Valyuta hərracı nəticəsində ortaçəkili məzənnə 1,70 AZN/1 USD təşkil etmişdir”, - AMB-dan verilən  məlumatda belə deyilir.

Daha əvvəlki, oktyabrın 8-də keçirilmiş valyuta hərracında ortaçəkili məzənnənin səviyyəsi həmçinin  1,70 AZN/1 USD təşkil etmişdir.

 

Вся лента