Türk Hava Yolları Korporativ Klubu növbəti konfransını keçirdi

16:30 - 10.10.2019


10 oktyabr, Fineko/abc.az. Təqvimin ən önəmli korporativ səyahət tədbirlərindən olan Türk Hava Yolları Korporativ Klub Konfransı 8 oktyabr tarixində İstanbulda baş tutdu. Ən çox ölkəyə uçan Türk Hava Yolları artıq dördüncü ildir ki, ev sahibliyi etdiyi tədbirdə səyahət sənayesinin fikir liderlərini və mütəxəssislərini müzakirə və şəbəkələşmə üçün bir araya toplayır.

Türk Hava Yollarının İstanbul hava limanına - dünyanın sıfırdan tikilən ən böyük hava limanı terminalına köçməsi ilə başlatdığı yeni era çərçivəsində keçirilən tədbirə 75 ölkədən təşrif buyurmuş 1200-dən çox peşəkar bu ilin mövzusunu – “Türk Hava Yolları Korporativ Klubunun 10 illiyi”ni qeyd etdi.

“BBC Hard Talk” proqramının aparıcısı Aaron Heslhurstun moderatorluq etdiyi konfransı “Türk Hava Yolları”nın İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Aycı açıq elan etdi. Konfransın proqramına əsas məruzəçi kimi Selesta Hedli, QBSA-dan Melani Qarret və digərləri daxil idi.

Bu il Türk Hava Yollarının qlobal aviaşirkət olaraq öz tarixində yeni səhifə açması ilə əlamətdardır. Öz sinfinin flaqman şirkəti “Böyük köç” adı verilən genişmiqyaslı çalışmalarla bu ilin aprelində yeni evinə - İstanbul hava limanına köçdü. THY-ın illik 200 milyon sərnişin daşımaq gücündə olacaq yeni mərkəzi ən müasir imkanları ilə aviaşirkətin potensialını əhəmiyyətli dərəcədə artıracaq. Avropanın ən gənc təyyarə donanmalarından birinə sahib olan Türk Hava Yolları bu il alınacaq altı ədəd “787-9 Dreamliner” təyyarəsi ilə istifadəsində olan təyyarələrin sayını 2021-ci ilədək 400-ə çatdırmaq və bununla da qlobal aviaşirkət olaraq öz şəbəkəsini genişləndirmək üçün çalışır. 2019-cu Şarja (BƏƏ), Marrakeş (Mərakeş), Port Harkort (Nigeriya), Bali (İndoneziya), Point Noyr (Konqo), Luksor (Misir) və Mexiko (Meksika) şəhərləri aviaşirkətin uçuş xəritəsinə əlavə edilən yeni istiqamətlər oldu. Dekabr ayında isə Laplandiyanın paytaxtı Rovaniemiyə uçuşlara başlanılacaq.

Türk Hava Yolları Korporativ Klubu korporativ müştərilərinə türk qonaqpərvərliyini ən yaxşı formada çatdırır və sadiqlik proqramı vasitəsilə onlara müxtəlif üstünlüklər təklif etmək üçün durmadan çalışır. THY Korporativ Klubu sərnişinlərə bilet bronlaşdırılması, hava limanının yeməkxanalarından istifadə  və böyük baqaj güzəşti kimi bir çox uçuşöncəsi üstünlüklər verir.  Təyyarənin bortunda olan zaman isə sərnişinlərə dadlı təamlar və mükəmməl xidmət təqdim olunur. Biznes sinif qonaqları bortdaxili yataqlardan, daim onlayn olmaları üçün isə ödənişsiz Wi-Fi-dan istifadə edə bilirlər. Uçuş zamanı  yüksək keyfiyyətli yeməklərdən dadmaq üçün isə sərnişinlərə uçuş aşpazları xidmət göstərir.

 

Вся лента