İranın neft tankerinə hücumdan sonra dünya bazarında neftin qiyməti 2 faiz bahalaşıb

16:02 - 11.10.2019


11 oktyabr, Fineko/abc.az. İranın Qırmızı dənizdəki neft tankerinə hücumdan sonra dünya bazarında neftin qiyməti 2 faiz yüksəlib.

Xəbər verilir ki, dünya birjalarında “Brent” markalı xam neftin qiyməti 2,3 faiz artıb və bir barrelin qiyməti 60 dolları ötüb. “Light” markalı neftin qiyməti isə 2,1 faiz artaraq 54,7 dollar/barrel olub.

Xatırladaq ki, ötən gecə İranın Milli Neft Şirkətinə (NIOC) məxsus “Sabiti” neft tankeri Qırmızı dənizdə hücuma məruz qalıb və gəmidə yanğın baş verib. Tankerin göyərtəsi zədələnib və dənizə neft axıb. İran tərəfi ekologiyaya dəyən ziyana görə məsuliyyətin hücum edənlərin üzərinə düşdüyünü bildirib.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

 

© Azertag.az

Вся лента