AMB 30 milyon manat həcmində 9-aylıq qısamüddətli notlar yerləşdirib

16:34 - 11.10.2019


11 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların 9 ay müddətinə yerləşdirilməsi üzrə hərrac keçirib.

BFB-in məlumatına görə, oktyabrın 11-də AMB hərracda 50402676S nömrəli, 30 milyon manat həcmində, 252 gün tədavül müddətinə notlar təklif etmişdir.

7 investor tərəfindən qiymət intervalı  95.5201 AZN (6.70%) və 95.9693 AZN (6.00%) olan 9 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 116,879,400.00 AZN olmuşdur.

Azərbaycan Respublikasının Mərkəzi Bankının qərarına əsasən notların kəsmə qiyməti 95.8730 AZN (6.15%), orta ölçülmüş qiyməti 95.8798 AZN (6.14%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi  30,000,000.00 AZN təşkil etmişdir.

Notların ödəmə tarixi: 22.06.2020

 

Вся лента