“Unibank” öz kapitalını 10 milyon manata qədər artıracaq

14.12.2017,15:50


14 dekabr, Fineko/abc.az.  Azərbaycanın “Unibank” bankı nizamnamə kapitalını 10 milyon manata qədər artıracaq.

Bakı Fond Birjasından verilən məlumata əsasən,  “Unibank” kommersiya bankı “Listinq Məsləhət Proqramı” çərçivəsində öz səhmlərinin yerləşdirilməsi üçün müraciət edib.

“Səhmlərin ümumi sayı 3 676 471 ədəd, nominal dəyəri isə 2,72 manatdır. Qiymətli kağızların təklifi abunə yazılışı vasitəsilə həyata keçiriləcək, abunə yazılışının son tarixi isə 22 dekabr 2017-ci ildir. “Unicapital Investment Company” səhmlərin kütləvi yerləşdirilməsi müddətində anderrayter qismində çıxış edir” - Birjanın məlumatında belə deyilir.

Listinq prosesindən sonra müvafiq sənədlər və maliyyə hesabatları Bakı Fond Birjasının internet saytında yerləşdiriləcək.

 

Ключевые слова: Unibank Bakı Fond Birjası