Azərbaycan yaradıcı məhsulların onlayn satışından 2 milyarda yaxın pul qazanacaq – Zaur Qardaşov

11:16 - 14.10.2019


14 oktyabr, Fineko/abc.az. Azərbaycanda yaradıcı məhsullar onlayn formada satılacaq.

ABC.AZ xəbər verir ki, belə bir açıqlamanı “Azexport” portalının rəhbəri Zaur Qardaşov “ARB 24”-də yayımlanan “Gündəm” verilişində qonaq olarkən deyib.

O, sözügedən məhsulların rəhbəri olduğu “Azexport” portal vasitəsi ilə satışa çıxarılacağını vurğulayıb. Dünya orta inkişaf etmiş ölkələrində yaradıcı məhsulların ümumi daxili məhsulda (ÜDM) payı 3 faiz arasında dəyişir deyən Z.Qardaşov müqayisə də aparıb. Qardaşov hesab edir ki, yaradıcı məhsullar ildə Azərbaycana 2 milyarda yaxın pul gətirə bilər: “Ən inkişaf etmiş ölkəlkərə baxsaq, məsələn Britaniyada yaradıcı məhsulların payı ÜDM-də 10 faizə qədər gəlib çatır. Orta inkişaf etmiş ölkələri baxsaq və 3 faizdən götürsək deməli Azərbaycanın da 1,5 -2 milyard dollarlıq yaradıcı məhsul istehsal etmık və bunun da əksər hissəsini ixracdan əldə etmək imkanı var. Nəzərə alsaq ki, bu sektora azərbaycanlıların kifayət qədər marağı var, o zaman əmin olmaq olar ki, sözügedən nəticələri əldə etmək mümkündür”.

Müəllif: Elmir Murad

 

Вся лента