Azərbaycanda “İnnovativ Sahibkarlıq” mövzusunda təlim keçirilir

16:23 - 14.12.2017


14 dekabr, Fineko/abc.az. 14-15 dekabr 2017-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ilə Türkiyə Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Təşkilatı (KOSGEB) əməkdaşlığı çərçivəsində “İnnovativ sahibkarlıq” mövzusunda təlim keçirilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında deyildiyi kimi, təlimdə startapçılar, gənc sahibkarlar və tələbələr iştirak edəcək.

“Təlimlərin əsas məqsədi innovativ sahibkarlığın ənənəsini inkişaf etdirmək və bu sahədə bilikləri genişləndirməkdir. Seminarda “tədqiqat və inkişaf”, “innovasiya və sənaye tətbiqinə dəstək proqramları”, “əsas sahibkarlq konsepsiyası”, “bazarın araşdırılması”, “biznesin növləri və funksiyaları” və digər mövzular müzakirə olunub”, - məlumatda belə deyilir.

 

Вся лента