ABŞ spesifikasiyalı Hibrid avtomobili almayın – EKSPERT

12:32 - 15.10.2019


15 oktyabr, Fineko/abc.az. Dünya ölkələri artıq ekoloji cəhətdən daha səmərəli olan electron və hibrid avtomobillərə üstünlük verməyə başlayıb.

Hətta qonşu Gürcüstanda 10 avtomobildən 7-i hibrid avtomobillərdir.

Azərbaycanda son zamanlar bu tendensiyaya keçid etməyə başlayıb. Belə ki, artıq Bakı küçələrində də xeyli idarə olunan hybrid avtomobillərinə rast gəlmək olar. Sürücülər hibrid avtomobillərinin ekoloji cəhətdən və az yanacaq sərfiyyatı baxımından sərfəli olduğunu desələr də, bəzi çatışmazlıqlarının da olduğunu gizlətmirlər. Sürücülər iddia edir ki, hibrid avtomobillərin detalları ya tez xarab olur, ya da bəzən xarab olan zaman Azərbaycanda düzəltdirmək müşkülə çevrilir. Belə olan halda isə sürücü məcburdur ki, avtomobilini düzəltirmək üçün Gürcüstana üz tutsun.

İddialarla bağlı qaranlıq məqamlara aydınlıq gətirən avto-nəqliyyat üzrə eksperti Eldəniz Cəfərov ABC.AZ saytına son zamanlar Azərbaycanda hibrid avtomobilləri içərisində əsasən “Toyota Pirius” avtomobilinə marağın artdığını dilə gətirdi.

Onun sözlərinə görə, hibrid avtomobillər ABŞ, Avropa və Yaponiya spesifikasiyalı olur və bu spesifikasiyalar maşının istifadə olunacağı ölkənin standartlarına, eyni zamanda iqlim şəraitinə görə hazırlanır. Ona görə də ekspert hesab edir ki, hibrid avtomobillər alarkən yaşadığın ölkənin spesifikasına uyğun avtomobil almaq lazımdır: “Azərbaycana gətirilən işlənmiş hibrid “Prius”-lar əsasən ABŞ-dan Bakıya daxil olur və bu avtomobillər ABŞ üçün istehsal olunmuş sayılır. Yəni Amerika spesifikasiyalı avtomobillərdir. Ona görə də vətəndaşlar bu avtomobilləri alırlar, müəyyən bir zamandan sonar görürlər ki, hər hansı detal çatışmır və yaxud onu dəyişmək lazımdır. Bu əsasən akumlyatorlarla bağlı olur, onda da görünür ki, ehtiyyat hissəsi tapılmır. Problem ondadır ki, Azərbaycan Avropa spesifikasiyasına aiddir. Ona görə də mən tövsiyyə edərdim ki, bizim vətəndaşlarımız Avropa spesifikasiyalı avtomobillər alsınlar. Hibrid avtomobil belə alırlarsa onda Avropa spesifikasiyalı alsınlar, ABŞ spesifikasiyalı yox”.

Müəllif: Elmir Murad

 

Вся лента