Evini sığortalamayanlar cərimələnəcək – GƏLƏN İLDƏN

14:57 - 15.10.2019


15 oktyabr, Fineko/abc.az.  Gələn ildən evlərini sığortalanmayanlar cərimələnəcək.

ABC.AZ xəbər verir ki, cərimələr daşınmaz əmlakın icbari sığortasının gələn ildən həyata keçirilməsindən sonra tətbiq olunmağa başlanacaq.

Belə ki, mənzil sahibi indiyənə qədər evini könüllü formada sığortalayırdısa bundan sonra məcburi qayda da bunu etməli olacaq. Əks halda isə onu 30 manat cərimə gözləyir. Əslində mənzillərin sığortalanması 2011-ci ildə “İcbari Sığorta haqqında” qanunun qəbul edilən zamandan başlanmalı idi. Sadəcə qərar qəbul edilsə də, qanun fiziki şəxslərə tətbiq olunmurdu, yalnız hüquqi şəxslərə aid idi. Gələn ildən isə qanun fiziki şəxslərə də tətbiq olunacaq.

Qeyd edək ki, Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 50 manat, təminat məbləği 25.000 manat, azadolma məbləği 250 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 40 manat, təminat məbləği 20.000 manat, azadolma məbləği 200 manat, digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta haqqı 30 manat, təminat məbləği 15.000 manat, azadolma məbləği 150 manat təşkil edir.

Müəllif: Elmir Murad

 

Вся лента