Kredit portfeli artan bank olmayan kredit təşkilatları - RENKİNQ

15:31 - 15.10.2019


15 oktyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfelinin 2017/2018-ci illər üzrə dinamikası renkinqi məlum olub.

ABC.AZ xəbər verir ki, 2017-ci ilə nisbətən 2018-ci ildə faizlə ən çox artım “Kəpəz” (6,7 dəfə) və Avrasiya-Kredit (3,1 dəfə)  BOKT-larında qeydə alınıb. Renkinqdə 3-cü sırada 2,3 dəfə artımla Effektinvest, ondan cüzi geri qalan FinEx Kredit isə 4-cüdür. 57,6 fazilik artımla PSG FİNANS 5-ci, ondan biraz geri qalan EmbaFinansın isə kredit portfeli 51.0 faizlik çoxalıb və sıralamada 6-cıdır. Kredit portfeli artan təkcə yuxarıda sadalananlar deyil, MolBulak, İnternational BOKT, Kredit Servis, Merkuri, Finokoi, Azinvestkredit, Kredex, İDK, Finans İnvest, AZMİKROİNVEST, Aqrarkredit QSC və Prokredit BOKT-un da kredit portfeli böyüyənlər sırasındadır.

Qeyd edək ki, Azərbaycanda hazırda 45 BOKT fəaliyyət göstərir.

Müəllif: Elmir Murad

 

Вся лента