“Turanbank”-ın xalis mənfəəti artıb – 5 DƏFƏ

16:45 - 15.10.2019


15 oktyabr, Fineko/abc.az.  “Turanbank” ASC 2019-cu ilin 9 ayının (yanvar-sentyabr) dövrü üçün maliyyə  göstəricilərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, hesabata əsasən,bank sözügedən dövrü 329 min manat  xalis mənfəətlə başa vurub.

Müqayisə üçün qeyd edək ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfə çoxdur.

Belə ki, “Turanbank” 2018-ci ilin 9 ayını 65 min manat xalis mənfəət ilə bağlamışdı.

Xalis mənfəətin artmasının səbəbi kimi depozit və kredit itkiləri üçün yaradılan ehtiyata ayırmanın 2 dəfəyə yaxın azalması göstərilir.

Müəllif: Elmir Murad

 

 

Вся лента