Doqquz ayda Kapital Bank müştərilərə 1,7 mlrd. manat kredit verib

10:26 - 16.10.2019


16 oktyabr, Fineko/abc.az. Kapital Bank 2019-cu ilin III rübünün nəticələrini açıqlayıb.

ABC.AZ bankın hesabatına istinadən xəbər verir ki, Kapital Bank-ın aktivləri 1 oktyabr 2019-cu il tarixinə 4 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,7 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 oktyabr 2019-cu il tarixinə 3,2 milyard manat olub. 

Bankın 1 oktyabr 2019-cu il tarixinə tutulmalardan sonra məcmu kapitalı 357 milyon manat, adi və imtiyazlı səhmlər isə 225 milyon manat təşkil edir.

Вся лента