Azərbaycanın Neft Fondu “Əsrin müqaviləsi”ndən $126 milyarddan artıq mənfəət əldə etdi

16:44 - 4.10.2017


Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) Azəri-Çıraq-Günəşli yataqlar blokundan neft satışından əldə etdiyi mənfəətin həcmini açıqladı.

SOFAZ-ın məlumatına əsasən, mənfəət neftinin satışından yanvar-sentyabr ayları ərzində Neft Fondu $4,574 milyard qazanmışdır.

Ümumiyyətlə, 2001-ci il tarixindən etibarən 1 oktyabr 2017-ci il tarixinə qədər AÇG-dən mənfəət neftinin satışı nəticəsində SOFAZ $126,683 milyard əldə etmişdir.

 

Вся лента