Bu banklar əmanətləri qaytarmağa başlayıb – PULLAR GERİ QAYTARILIR

14:25 - 17.10.2019


17 oktyabr, Fineko/abc.az. Artıq 2 gündür ki, ləğv olunmuş banklarda qalan əmantələrin qaytarılmasına başlanılıb.

ABC.AZ xəbər verir ki, sözügedən prosesi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) həyata keçirir.

Bura 11 bankda qalmış əmanətlər daxildir. Belə ki, ləğv olunmuş “Atra Bank”, “Royal Bank”, “Kredo Bank”, “Zamin Bank”, “Bank of Azerbaijan”, “Qafqaz İnkişaf Bankı”, "Yunayted Kredit Bank", "Texnika Bank", "Dəmir Bank" və "Gəncə Bank" ASC-lərdə, eləcə də “Bank Standard” QSC-də 17 min manata qədər qorunmayan əmanətlərin vətəndaşlara qaytarılmasına start verilib. Əmantələrin qaytarılması üçün müvəkkil bank olaraq "Kapital Bank" ASC seçilib.

Əmanətçilər sadəcə şəxsiyyət vəsiqəsi ilə "Kapital Bank" ASC-nin müvafiq filiallarına müraciət edərək pullarını götürə bilərlər.

Müəllif: Elmir Murad

 

Вся лента