Silahlı Qüvvələrin rəhbər heyətinin iştirakı ilə toplantı keçirilir

14:55 - 15.12.2017


15 dekabr, Fineko/abc.az. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün rəhbər heyətinin iştirakı ilə  toplantı keçirilir.

Müdafiə Nazirliyinin məlumatına əsasən, toplantıdan əvvəl şəxsi heyətin sıra baxışı keçirilib. Toplantı Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qisimləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirləri, qərargah rəisləri və digər məsul zabitlərin iştirakı ilə keçirilir.

 “İştirakçılardan hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi   sənədlər üzrə məqbullar qəbul edilib, habelə şəxsi heyətin fiziki hazırlığının səviyyəsi yoxlanılıb. Çöl-səhra şəraitində təşkil olunmuş təlim sahələrində hərbi texnika və atıcı silahlardan atışlar icra olunub”, - nazirliyin məlumatında belə deyilir.

 

Вся лента