Doqquz ayda ölkənin kredit təşkilatlarının kredit portfeli 13 mlrd. 865,5 mln. manat olub

15:31 - 22.10.2019


22 oktyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsindən  verilən məlumata əsasən, sentyabrın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 13 milyard 865,5 milyon manat olub.

Qeyd olunur ki, ümumi kredit portfelinin 11 milyard 272,1 milyon manatı və ya 81,3 %-i uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,6 %-i banklar, 2,4%-i isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 491,3 milyon manat olub və ümumi kredit portfelinin 10,8 %-ni təşkil edib.

 

Вся лента