Dekabrın 16-da gözlənilən hava haqqında məlumat təqdim edilib

15.12.2017,15:04


15 dekabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində sabah gözlənilən hava haqqında məlumatı açıqlayıb.

Bakıda və Abşeron yarımadasında dekabrın 16-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi  xəbər verilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-şərq küləyi əsəcək.

Abşeron yarımadasında  havanın temperaturu gecə 5-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti təşkil edəcək.

Sabah rayonlarda isə hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək. Gecə 3-8, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı bildirilir.

 

 

Ключевые слова: hava proqnoz