“Azərsu” ASC-nin sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər

17:19 - 22.10.2019


22 oktyabr, Fineko/abc.az. Oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” ASC-nin sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər.
Oktyabrın 21-də “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov Biləsuvar şəhərində Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonlarından olan vətəndaşları, oktyabrın 22-də isə sədr müavini Etibar Məmmədov Masallı şəhərində Masallı və Yardımlı rayonlarından olan sakinləri qəbul edib.  
Qeyd olunur ki, qəbullarda hər bir vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Вся лента