Ünvanlı sosial yardım üçün müraciət mexanizmi asanlaşdırılmalıdır – Təklif

11:24 - 23.10.2019


23 oktyabr, Fineko/abc.az. İqtisadi və Sosial İnkişaf Mərkəzi sosial istiqamətdə aparılmış islahatlarla bağlı hazırladıqları mexanizmin qısa təsvirini təqdim edib.

ABC.AZ xəbər verir ki, mexanimzin qısa təsviri barədə Mərkəzin rəhbəri iqtisadçı-ekspert Vüqar Bayramov məlumat verib.

O, qeyd edib ki, ünvanlı sosial yardım proqram çərçivəsində müraciət mexanizminin asanlaşdırılması və müraciət edənlərinin sayının artırılması önəmlidir. “Məsələn, mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləğinin nə üçün nəzərə alnması anlaşıqlı deyil. Xüsusuən, kommunal xidmətlər ilə bağlı dəyişikliklər aparılmalıdır” deyə V.Bayramov bildirib.

Ekspert eyni zamanda kommunal xidmətlərin payının da dəyişdirilməsinə və ünvanlı sosial yardımdan istifadə edəcək vətəndaşlarımızın sayının artırılmasına, bununla yanaşı, məbləğə baxılmasına və artırılmasına ehtiyacın olduğunu əlavə edib: “Çünki minium əmək haqqı artırıldıqdan sonra ünvanlı sosial yardım proqramı çərçivəsində vəsaitin də həcminin minimum istehlak meyarına deyil, minimum əmək haqqına uyğunlaşdırılması vacibdir ki, daha çox vətəndaşımız məhz ünvanlı sosial yardım proqramından faydalana bilsin. Və proqram çərçivəsində vətəndaşa ödənilən vəsaiti artırmaq mümkün olsun”.

Müəllif: Elmir Murad

 

Вся лента