Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları artıb – Yarım milyard manata yaxın

16:06 - 23.10.2019


23 oktyabr, Fineko/abc.az. Vergi daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 70,0 % olub.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat Vergilər nazirliyinin 2019-cu ilin yanvar-sentyabr aylarındakı vergi daxilolmaları və şəffaflaşma sahəsindəki vəziyyətlə bağlı açıqladığı hesabatda qeyd olunub.

Sözügedən dövrdə qeyri-neft-qaz sektoru üzrə illik proqnozun 78,9 faizi icra olunub.

Hesabata əsasən, qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz və ya 439 milyon manat artaraq 3 milyard 928,8 milyon manat təşkil edib.

Qeyri-neft-qaz sektoru üzrə proqnoz 110,1 faiz icra olunub, bununla yanaşı proqnozdan əlavə 361,1 milyon manat vergi toplanıb. Bəhs olunan sektorun özəl bölməsi üzrə daxilolmalar 14,1 faiz artıb və sektorda ÜDM-nin nominal artım tempini üstələyib. Özəl bölmənin qeyri-neft vergi daxilolmalarında xüsusi çəkisi isə 77,3 faizə qalxıb. Bu sektorundan vergi daxilolmaları üzrə könüllü ödənişlərin xüsusi çəkisi 92 faizə çatıb.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarında yüksək artım templəri, əsasən,ƏDV, aksiz, mənfəət, əmlak və torpaq vergisi üzrə qeydə alınıb.

Müəllif: Elmir Murad

 

Вся лента