“Qara bazarda” dollar son 5 ayda ilk dəfə bahalaşdı

15:59 - 15.12.2017


15 dekabr, Fineko/abc.az. Bu gün “qara” valyuta bazarında dolların bahalaşması müşahidə olunur.

Dolların alışı 1,6950 manatdan 1,6970-1,6980 manata, satışı isə 1,7000 manatdan 1,7020 manata qədər və ya 0,2%  yüksəlib.

Qeyd edək ki, “qara bazar”da dolların bahalaşması sonuncu dəfə iyul ayında qeydə alınıb və 1,7030-1,7050 manat səviyyəsində olub.

Dollardan fərqli olaraq, avronun alışı 2,00 manat olaraq qalıb, satışı isə 2,02 manatdan 2,01 manata düşüb.

Rubl yenidən bahalaşıb. “Qara bazar”dan verilən məlumata görə, rublun alışı 0,0284 manatdan  0,0286 manata, satışı isə 0,0286 manatdan 0,0287 manata qədər artıb.

 

 

Вся лента