Beynəlxalq təşkilat Azərbaycana enerji səmərəliliyi qanunvericiyinin hazırlanmasında dəstək olacaq - Urban Rusnak

10:21 - 24.10.2019


24 oktyabr, Fineko/abc.az. Enerji keçidi qaçılmaz islahatlar tələb edir.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda Enerji Xartiyasının Baş Katibi Urban Rusnak deyib.

O qeyd edib ki, Enerji Xartiyası Katibliyi Avropa İttifaqı və dünyanın ən yaxşı təcrübələrinə uyğun olaraq enerji səmərəliliyi ilə bağlı müvafiq qanunvericiliyin hazırlanmasında Azərbaycana dəstək göstərir:"Ötən il "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Qanunun ilk layihəsi tamamlandı. Bu il biz 2019-cu ilin sonunda yekunlaşdırılması və 2020-ci ilin əvvəlində müvafiq olanlarla müzakirəsi gözlənilən Azərbaycanın ilk Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planının hazırlanmasına başlamışıq.  Həmçinin Azərbaycan Energetika Nazirliyi ilə Enerji Xartiyası arasında energy.info adlı yeni layihə də hazırlanacaq".

Müəllif: Elmir Murad

 

Вся лента