Manatla olan əmanətlər artıb - HESABAT

15:31 - 24.10.2019


24 oktyabr, Fineko/abc.az. 2019-cu ilin sentyabr ayında fiziki şəxslərin əmanətləri 8 milyon 491 min manat manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının bank sektorundakı maliyyə göstəricilərinə dair hesabatında qeyd olunub.

Hesabata əsasən sözügedən göstəricilər bu ilin əvvəli ilə müqayisədə 2.7% (221.6 mln. manat) artım deməkdir. Artım daha çox tələbli əmanətlər hesabına baş verib. Belə ki, ilin əvvəlindən tələbli əmanətlər 8.4% (235.0 mln. manat) artıb. Digər müsbət trend milli valyutada olan əmanətlərin 21.8% (665.3 mln. manat) artmasıdır. Xarici valyutada olan əmanətlər isə əksinə olaraq 8.5% (443.7 mln. manat) azalıb. Hüquqi şəxslərin cəmi əmanətləri doqquz ay ərzində 12.2% (1,259.8 mln. manat) artaraq 11 milyon 571 min manata çatıb. Artım daha çox müddətli depozitlər hesabına baş verib. İlin əvvəlindən müddətli depozitlər 86.3% (1,250.9 mln. manat) artaraq 2 milyon 700 min manata çatıb.

Müəllif: Elmir Murad

 

Вся лента