Bank sektorunda işləyənlərin sayı yenə artıb - 1496 Nəfər

15:51 - 24.10.2019


24 oktyabr, Fineko/abc.az. Sentyabr ayında məcmu kapitalın adekvatlıq əmsalı 22.6% (minimum normativi 2.3 dəfə üstələyir) təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının bank sektorunun 30 sentyabra qədər olan dövrü üçün açıqladığı hesabatda qeyd olunub.

Hesabatda bildirilib ki, sektor ani likvidlik əmsalı üzrə minimum tələbi 1.9 dəfə üstələyir (57.8%). Bank sektoru üzrə ROA və ROE göstəriciləri müvafiq olaraq 2.3% və 16.9% təşkil edir. Palatanın açıqladığı hesabatda o da vurğulanır ki, Azərbaycandakı  30 bankdan 14-ü xarici kapitallıdır, bunlardan 7-də xarici kapitalın payı 100% təşkil edir. 30 bankın filiallarının sayı 515, şöbələrinin sayı 129, ATM-lərin sayı 2,592 olub. Bank  sektorunun  işçi  heyətinin sayında artım sentyabr ayında da davam edib. Belə ki, 2019-cu ilin 9 ayı ərzində işçi sayı 8.6% (1496 nəfər) artaraq 18,911  nəfər təşkil edib.

Müəllif: Elmir Murad

Вся лента