Bank sektorunda müəyyən problemlər qalmaqdadır - Elman Rüstəmov

11:40 - 25.10.2019


25 oktyabr, Fineko/abc.az. Biz 1 rəqəmli inflyasiyaya nail olmuşuq. Bu olduqca mühüm məsələdir.

ABC.AZ xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

O, qeyd edib ki, bank və maliyyə sektorunda müəyyən stabilliyə nail olunub. "Artıq manatla olan restruktizasiya işləri həyata keçirilib və bu da bank sektorunda aparılmış ciddi məsələlərdəndir" deyə bank sədri əlavə edib.

E. Rüstəmov bank sektorunda müəyyən problemlər qaldığını gizlətmədi və qarşıdakı zamanlarda həyata keçiriləcək işlərdən danışıb: "Qiymətli kağızlar bazarının genişləndirilməsi istiqamətində müəyyən normativlər var. Biz çalışacağıq ki, gələcəkdə qiymətli kağızlar bazarını daha da inkişaf etdirək və daha da böyüməsinə müvəffəq olaq. Həmçinin apardığımız işlərdən biri də xarici borc məsələsini həll etmək idi və biz bunu etdik. Bu xaricdən gələn şokların qarşısını almaq üçün əhəmiyyətlidir. Hazırda bu istiqamətdə müzakirələr aparılır".

 

Вся лента